Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Araz-Naxçıvan" - "Qarabağ"la qarşılaşıb. Görüş "qırmızı-ağlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 28-ci dəqiqədə Felipe Santos vurub. Bu komandalar arasında cavab oyunu fevralın 23-də keçiriləcək.