İdarə heyəti
Ramin Asif oğlu Axundov - Prezident
12 iyul 2023-cü ildə “Araz Naxçıvan Peşəkar Futbol Klubu”nun ümumi yığıncağı keçirilib.
Yığıncaqda Ramin Axundov klubun prezidenti seçilib.
Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüququ fakültəsində ali təhsil alıb. O, 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir.