Azərbaycan kubokunun 2026-2027-ci illər mövsümündə komandamız ilk oyununu keçirib. İkinci mərhələnin qarşılaşmasında "Araz-Naxçıvan" "Şimal"la qarşılaşıb. Görüş "qırmızı-ağlar"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Ağadadaş Salyanskinin het-trik etdiyi matçda digər qolları Rövlan Muradov, Abdulla Rzayev və Ülvü İsgəndərov vurublar. 
"Araz-Naxçıvan" ölkə kubokunun 1/8 final mərhələsində "Marafon"la qarşılaşacaq. Bu mərhələnin oyunları 1-2 dekabr tarixlərində keçiriləcək.