Əvəzedicilər liqasının XVIII turu  oyunları keçirilib. Komandamız “Sumqayıt-2” ilə qarşılaşıb. Məhsuldar keçən qarşılaşmada qələbəni rəqib qazanıb 4:3. “Araz-Naxçıvan-2”nin qollarını Nuran Muradlı, İftixar İbrahimov və İbrahim Piriyev vurublar. Görüşün 87-ci dəqiqəsində Piriyev penaltidən fərqlənmək şansını qaçırıb.