Misli Premyer Liqasının V turunda komandamız “Turan Tovuz”la qarşılaşıb. Oyunun 7-ci dəqiqəsində Rövlan Muradovun ötürməsindən sonra qeydə alınan avtoqol “Araz-Naxçıvan”I hesabda önə keçirib. İkinci hissədə rəqib ardıcıl 2 qol vursa da, 86-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Ağadadaş Salyanski hesaba tarazlıq gətirib 2:2.