Misli Premyer Liqasının X turunda "Araz-Naxçıvan" "Zirə" ilə qarşılaşıb. Oyunun gedişində komandamız Patrik Andrade və Ağadadaş Salyanskinin vurduğu qollar sayəsində hesabda 2 top fərqi ilə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilməyib. Yekunda 2:2 hesablı heç-heçə qeydə alınıb və tərəflər hərəyə 1 xal qazanıb. 
Komandamız növbəti oyununu noyabrın 7-də səfərdə "Şəfa"ya qarşı keçirəcək.