Misli Premyer Liqasının IV turunda komandamız “Qarabağ”ın qonağı olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan”ın heyətində Luka Dumançiç və Ağadadaş Salyanski fərqləniblər.  Yeri gəlmişkən, xorvatiyalı müdafiəçinin 72-ci dəqiqədə rəqib qapısından keçirdiyi top komandamızın cari çempionatda ilk qolu olub.

“Araz-Naxçıvan” növbəti oyununu sentyabrın 13-də, Şamaxı şəhər stadionunda “Turan Tovuz”a qarşı keçirəcək. Matç saat 16:30-da başlayacaq.