Misli Premyer Liqasının V turunda "Turan Tovuz"la keçirilən oyundan sonra baş məşqçi Zaur İsmayılovun mətbuat konfransında səsləndirdiyi fikirlər: "Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və eyni, fərdi səhvlərdən qol buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən qollar gördük. Bir növ özümüz özümüzə rəqibik. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq".
"Fərdi səhvlərdən qol buraxdıq"
13-09-2026 10:39