Misli Premyer Liqasının XII turunda keçirilən "Araz-Naxçıvan" - "Neftçi" oyunundan sonra baş məşqçi Yuri Maksimovun mətbuat konfransında səsləndirdiyi fikirlər: "Lider komandaya qarşı oynayacağımızı bilirdik. Daha çox topla oynamağa, topa nəzarət etməyə çalışdıq. Amma buraxılan birinci qol bizi büdrətdi. Fasiləyə qədər hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə yenə qollar buraxdıq. Futbolu 11 nəfər oynamır. Bizim dəyişməli olduğumuz oyunçularımız da var idi, ancaq zədəlilərimiz çox olduğuna görə heyətdən maksimum istifadə edə bilmədik. Cavan oyunçulara da şans verdik. Halbuki onlar bəlkə də ilk dəfə Premyer Liqa oyununa cıxırdılar. Aydın məsələdir ki, qollar buraxırıq. Amma yenə də yolumuza davam edirik".
"Birinci qol bizi büdrətdi"
22-11-2026 20:34