AFFA-nın təşkil etdiyi U-17 Liqasında 4-cü turun oyunları keçirilib. Elşad Məmmədovun başçılıq etdiyi 17 yaşadək futbolçulardan ibarət komandamız “Dinamo”dan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş “qırmızı-ağları”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Xəyal Əsgərli dubl edib, digər qolları isə Ramal Paşayev və İsa Hüseynov vurublar.