Komandamızın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Futbolçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib. Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.