Azərbaycan milli komandası oktyabrın 6-dan 8-dək Bakıda təlim-məşq toplanışında olacaq, ardınca komanda Fransanın paytaxtı Parisə yollanacaq. Millimizin oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcəyi oyunlar üçün heyəti açıqlayıb. “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov da Azərbaycan millisinə dəvət alıb.
Rahil Məmmədov millidə
05-10-2025 00:00