Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Araz-Naxçıvan” PFK-nın Akademiyasının komandaları üçün antidopinq maarifləndirmə seminarı keçirib.
Tədbirdə dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektlərini idmançıların diqqətinə çatdırıb, həmçinin futbolçulara 11 antidopinq qayda pozuntusu haqqında ətraflı məlumat verilib.
Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.