İki gün istirahət edən komandamız bu gün məşqlərini bərpa edib. Məşqdən əvvəl baş məşqçi Andrey Demçenko Azərbaycan millisinin heyətində “FIFA Series-2026” beynəlxalq turnirin qalibi olan komandamızın üzvləri – Rahil Məmmədov və Mustafa Əhmədzadəni təbrik edib. Daha sonra futbolçular fiziki hazırlıq üzrə məşqçi Rikardo De Vivonun rəhbərliyi altında çalışmalara başlayıb. Ardınca komanda üzvləri baş məşqçinin tapşırıqlarını yerinə yetiriblər. Vanderson Melo zədəli olduğuna görə, hazırlıq prosesinə qatılmayıb.
01-04-2026 00:00