“Araz-Naxçıvan” Bosniya və Herseqovinadan olan Bojan Letiçlə anlaşıb. Futbolçu 2026-2027-ci illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək. 33 yaşlı sol cinah müdafiəçinin son klubu “Sabah” olub. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və “Mirandeş”də də forma geyinib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Ağadadaş Salyanski, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.