Misli Premyer Liqasının IX turunda “Sabah”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bugünkü məşqlə yekunlaşdırıb. Təxmin 1 saat davam edən hazırlıq prosesində uzun müddətdir zədəli olduğuna görə komandadan kənarda qalan Əyyub Allaş da iştirak edib. Yarımmüdafiəçi fərdi məşqlə kifayətlənib.
Qeyd edək ki, oyun oktyabrın 25-də, saat 16:00-da Bank Respublika Arenada keçiriləcək.