Klubumuzun ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” noyabrın 30-dək əsaslı təmirə bağlanıb. Bununla əlaqədar olaraq, Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.