Komandamızın üzvü İssuf Paro ön çarpaz bağın qopması diaqnozu ilə bu gün cərrahiyyə əməliyyatı olunub. Əməliyyat Açıbadem Ankara Hospitalda tanınmış həkim Mehmet Binnət tərəfindən yerinə yetirilib. Müdafiəçi 3 gündən sonra xəstəxananı tərk edəcək. Onun növbəti ilin ilk aylarında fərdi məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, futbolçu Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”la keçirilmiş oyunda zədələnib.