“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi baş məşqçi postuna Yuri Maksimovu təyin edib. Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.