“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenkonun klubla müqaviləsi başa çatıb. Klub rəhbərliyi ukraynalı mütəxəssisə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, o, 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunub. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.