Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Mingəçevir" oyunundan sonra mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Ümumi götürdükdə, hər şey gözlədiyimiz və planlaşdırdığımız kimi keçdi. Daha çox ehtiyatda qalan, çempionat matçlarında az oynamaq şansı qazanan futbolçuları meydana buraxdıq. Heyətimizdə perspektiv vəd edən gənclər var. Sadəcə onlar çox işləməlidir.

Kubokda növbəti rəqib haqda yox, çempionatda həftəsonu qarşılaşacağımız "Səbail"lə görüşü fikirləşirik. Bütün diqqətimizi, konsentrasiyamızı həmin oyuna yönəltmişik".