UEFA Konfrans Liqasının III mərhələsinə vəsiqə qazanan “Araz-Naxçıvan” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. Bu komandalar arasında ilk görüş avqustun 7-də, saat 20:00-da, “Dalğa Arena”da, cavab matçı isə avqustun 14-də səfərdə keçiriləcək.