UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" oyunu üçün akkreditasiyadan keçmiş KİV əməkdaşları, akkreditasiya vəsiqəsini sabah - avqustun 6-da, "Dalğa Arena"da, saat 18:00-dan əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 6-da, saat 18:30-da "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin iştirakı ilə mətbuat konfransı, saat 19:00-da isə komandanın ilk 15 dəqiqəsi media üçün açıq məşqi keçiriləcək.

"Omoniya"nın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı saat 19:20-də, media üçün ilk 15 dəqiqəsi açıq məşq isə saat 20:00-da başlayacaq.