UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunu üçün akkreditasiyadan keçmiş KİV nümayəndələri üçün avtobus ayrılacaq. Nəqliyyat vasitəsi oyun günü saat 18:30-da Koroğlu metrostansiyasının (şüşəli çıxış tərəfdən) yaxınlığından “Dalğa Arena”ya yola düşəcək. Oyunsonrası mətbuat konfransı başa çatdıqdan sonra avtobus əks istiqamətdə hərəkət edəcək.