UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan” Bakı-Afina-Larnaka reysi ilə Kiprə gəlib. Bu gün və sabah məşqlərini matçın keçiriləcəyi ölkədə davam etdirəcək komandamız rəqiblə avqustun 14-də, Bakı vaxtı ilə 21:00-da üz-üzə gələcək. Oyun CBC Sportla canlı yayımlanacaq.