UEFA Konfrans Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” görüşü İdman TV-də canlı yayımlanacaq. Matç iyulun 31-də, saat 22:15-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş cütün ilk oyununda “qırmızı-ağlar” 2:1 hesabı ilə qələbə qazanıb.