UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyununa bilet satışı davam edir. İyulun 24-də, saat 20:00-da, “Dalğa Arena”da baş tutacaq görüşə biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Biletləri hər gün saat 10:00-dan 21:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun və “Dalğa Arena”nın kassalarından əldə edə bilərsiniz.