UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Araz-Naxçıvan" - "Omoniya" oyun sonra mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqib təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu tip oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır. Bilirəm, İqor Ribeiro haqda da soruşacaqsız. O, "Neftçi"nin futbolçusudur. Bizim üçün Ribeiro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq.
Futbolda bir az olmur. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.
Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır.
Bolinin zədəsi o qədər də ciddi deyil.
Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. Onu futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin individual hərəkətləri də nəticəyə təsir etmədi.
Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır".