Bu gün Premyer Liqanın 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Avqustun 14-də start götürəcək yeni mövsümün ilk oyununda komandamız “İmişli”ni qəbul edəcək. Liqada 12 komanda iştirak edəcək, yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.
Püşk həm də Əvəzedicilər liqasındakı komandamızın rəqibi müəyyənləşdirib. “Araz-Naxçıvan-2” “İmişli-2”ni qəbul edəcək.