Misli Premyer Liqasının XII turu çərçivəsində komandamız bu gün növbəti oyununu keçirib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Araz-Naxçıvan"ın qonağı "Turan Tovuz" olub. Oyunda hesabı hücumçumuz Ba-Muaka Simakala açıb. İkinci hissədə rəqib hesabı bərabərləşdirib və görüş 1:1 hesabıilə başa çatıb.