Misli Premyer Liqasında komandamız növbəti oyununu keçirib. “Sabah”la qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-ağlar”ın heyətində Felipe Santos və Hamidu Keyta fərqlənib.

Qeyd edək ki, 7 aprel — Dünya Səhiyyə Günü münasibətilə, “Araz-Naxçıvan” – “Sabah” oyununda Ümumdünya Səhiyyə Təşkilatı, AFFA və PFL-in birgə əməkdaşlığı əsasında sosial təşəbbüs həyata keçirilib. Belə ki, komandalar meydana daun sindromlu uşaqlarla birlikdə çıxıb, onlarla xatirə şəkli çəkdiriblər. Daha sonra uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.