Misli Premyer Liqasının XV turunda “Qarabağ”la qarşılaşan komandamız məğlub olub. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. “Qırmızı-ağlar”ın heyətində yeganə qolu penaltidən Ramon Maçado vurub.
Komandamız dekabrın 21-də “Şamaxı” ilə qarşılaşacaq. 2025-ci ildə keçirəcəyimiz son rəsmi matç saat 17:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.