Misli Premyer Liqasının XXXIII turunda "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib. Oyunda hesabı Ülvi İsgəndərov açsa da, komandamız qələbə hesabını qoruya bilməyib. Fasiləyə yaxın rəqib status-kvonu bərpa edib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Komandamız növbəti turda "Qarabağ"la qarşılaşacaq. Oyun mayın 11-də, saat 20:00-da "Azersun Arena"da keçiriləcək.