Misli Premyer Liqasının XVI turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Şamaxı" oyunundan sonra mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. "Şamaxı" da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandılar. Onların qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq".