Misli Premyer Liqasının II turu çərçivəsində bu gün "Neftçi" ilə keçirilən oyundan sonra baş məşqçi Zaur İsmayılovun mətbuat konfransında səsləndirdiyi fikirlər: "İki fərqli hissə izlədik. Erkən və ardınca buraxdığımız qollardan sonra toparlana bilmədik və səhvlər etdik. Oyunun taleyi birinci hissədə həll olundu. İkinci hissədə biz də fərqlənmək üçün epizodlar yaratdıq, amma istifadə edə bilmədik. Əvəzində rəqib 5-ci qolu vurdu".