Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilən oyundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Bizim üçün ağır oyun alındı. Həftə ərzində üzərində işlədiyimiz plan var idi. Oyunun 20-25 dəqiqəsində bunu yerinə yetirməyə çalışdıq. Səhvlərimizdən qollar buraxdıq. Ümumi götürdükdə, 2 penaltı və digər səhvlər yekunda böyükhesablı yenilginin qeydə alınmasına səbəb oldu. Fasiləyə qədər bir oyunumuz qalib. Bu görüşü unudub, həmin matça hazırlaşmalıyıq".
"Səhvlərimizdən qollar buraxdıq"
14-12-2025 00:00