Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Sabah" oyunu barədə komandamızın baş məşqçisi Zaur İsmayılovun açıqlaması: "Sabah" komandasını UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və Liqa mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edir, uğurlar arzulayıram. Özümüzə gəldikdə, "Neftçi" ilə oyunda müdafiə planında kobud səhvlərə yol verdik, rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü oyunda da müdafiədə kobud səhvə yol verdik, həmin səhv də rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiə planında düzgün oynayır, yaxşı müdafiə olunurduq. Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun planında inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşıya qoyulan məqsədə çatacağıq".
"Müdafiədə kobud səhvə yol verdik"
31-08-2026 23:44