Misli Premyer Liqası çərçivəsində keçirilən "Qəbələ" - "Araz-Naxçıvan" oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Ağır məğlubiyyət oldu. Rəqibin təzyiqini düşündüyümüzdən daha çox hiss etdik. İki fərqli hissə keçirdik. Birinci hissədə nəzarət tərəfimizdə idi, amma fasilədən sonra bu üstünlüyümüzü itirdik.
Komanda olaraq toparlanmalı, silkələnməliyik ki, gələcək oyunlarda daha yaxşı nəticə qazanaq".