Ölkəmizi Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Zirə” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədi ilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” ilə oyunun təxirə salınmasını xahiş edib.
Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz-Naxçıvan” klubunun razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq Misli Premyer Liqasının 3-cü turunun “Zirə” – “Araz-Naxçıvan” oyununu təxirə salıb. Təxirə salınmış oyunla bağlı əlavə məlumat veriləcək.