“Araz-Naxçıvan”ın əvəzedici komandası hazırlığını gündə bir dəfə olmaqla paytaxtda davam etdirir. Baş məşqçi Zaur İsmayılov iyulun sonuna qədər olan müddətdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Əvəzedicilər iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” il gücünü sınayacaq. “Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi-2”yə qarşı keçirəcək.
“Araz-Naxçıvan-2” 3 yoxlama oyunu keçirəcək
16-07-2025 00:00