Azərbaycan milli komandasının sentyabrın 23-də Tacikistan yığması ilə yoldaşlıq, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. “Araz-Naxçıvan”ın iki üzvü – Ceyhun Nuriyev və Mustafa Əhmədzadə millinin heyətinə dəvət alıb.

Qeyd edək ki, komandamızın hücumçusu Abdallah Sudi isə sentyabrın 21-də Burundi millisinin düşərgəsinə yollanacaq.