“Araz-Naxçıvan” futbol klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək komandanın ev oyunlarını keçirdiyi  “Liv Bona Dea Arena”da əsaslı təmir işlərinin aparılacağını, bununla əlaqədar olaraq, Peşəkar Futbol Liqasına alternativ stadion kimi “SOCAR Polymer Arena”nı təqdim edib. Peşəkar Futbol Liqasının qərarına əsasən, “Araz-Naxçıvan” 17-19 aprel tarixlərində baş tutacaq "Turan Tovuz"la oyundan etibarən mövsümün sonuna qədər ev oyunlarını həmin arenada keçirəcək.