Hazırlığını davam etdirən "Araz-Naxçıvan" növbəti yoxlama oyununu keçirib. Komandamız "Şəfa" ilə qarşılaşıb. Premyer Liqanın debutanti ilə görüşün birinci hissəsində qapılar toxunulmaz qalib. Fasilədən sonra rəqib 2 qol vurub - 0:2.

"Şəfa" ilə keçirilən yoxlama oyunu ilə bağlı komandamızın baş məşqçisi Cavid Hüseynovun açıqlaması: "İmişli" ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunu aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.

Ümumilikdə yoxlama oyunları komandada olan çatışmazlıqları görmək, təsbit etmək üçündür ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir, hansı sahədə axsadığımızı bilirik və onları duzəltməyə çalışacağıq".