Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən futbolçularımız məşqləri bərpa edib. Məşqdən əvvəl yeni baş məşqçi Yuri Maksimov klub rəhbərliyi tərəfindən heyət üzvlərinə təqdim edilib, daha sonra 2 saata yaxın hazırlıq prosesi baş tutub. Milli komandalara yollanan 4 futbolçumuz – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla digər futbolçular tam heyətlə məşq prosesində iştirak ediblər.