Misli Premyer Liqasının VI turu çərçivəsində bu gün - sentyabrın 13-də, saat 19:30-da “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Kəpəz” oyununu izləmək istəyən KİV nümayəndələri üçün ayrılmış nəqliyyat vasitəsi saat 18:15-də metronun “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı yaxınlığından (korpünün yanından) yola düşəcək. Mətbuat konfransı başa çatdıqdan sonra nəqliyyat vasitəsi əks istiqamətdə - “Liv Bona Dea Arena” – “Koroğlu” – hərəkət edəcək.