Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Klubumuzun iki istiqamət üzrə lisenziya müraciəti təmin olunub. Belə ki, UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında, eləcə də AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün “Araz-Naxçıvan” PFK-ya lisenziya verilib.
Qeyd: Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2025) 14-cü maddəsinə müvafiq olaraq, lisenziyanı almış klub avtomatik olaraq çıxış etdiyi liqadan aşağı yarışlarda da iştirak üçün lisenziya əldə etmiş hesab olunur.