Bu gün komandamız "İmişli" ilə yoxlama oyunu kecirib. 4 futbolçumuz - Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi milli komandaların düşərgəsində olduqlarına görə matçda iştirak etmirdilər. 
Görüşdən əvvəl 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. "Araz-Naxçıvan" oyuna bu heyətlə çıxıb: Artur Auqusto, Mamadou Kane, Patrik Andrade (k), Ülvi İsgəndərov, Luka Dumançiç, Boyan Letiç, Mohamed Mara, Rövlan Muradov, İssof Paro, Bruno Frankı, Çarls Boli.
İkinci hissədə meydana daxil olanlar: Tərlan Əhmədli, Qabil Əlizadə, Tengiz Əliyev, İbrahim Piriyev, Fərid Tagiyev, Rəşad Həsənov, Abdulla Rzayev, Nihat Mehraliev, Ömər Buludov.
Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-ağlar"ın heyətində Patrik Andrade fərqlənib.