Əvəzedici heyətdən əsas komandaya cəlb edilən İbrahim Piriyev İstanbul şəhərindəki Türkiyə xəstəxanasında qasıq yırtığından əməliyyat olunub. Tanınmış həkim Hasan Taşçı tərəfindən uğurla icra edilən əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.
Futbolçumuz əməliyyat olunub
10-07-2026 09:57