“Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanski bu gün Azərbaycan millisinin təlim-məşq toplanışına qoşulub. O, noyabrın 13-də Lixtenşteyn, 3 gün sonra – noyabrın 16-da Andorra yığması ilə keçiriləcək görüşlərdə millinin heyətində yer ala bilər.