"Araz-Naxçıvan" - "Aris" oyunundan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: "Maraqlı, dinamik oyun izlədik. Rəqibin bizə hansı sürprizlər hazırladığını bilirdik. Heyətlərində yaxşı futbolçular var. Komanda şəklində oyuna düzgün yaxınlaşdıq. Oyun planında daha yaxşısını etmək gücündəyik.
Bizi rəqib yox, öz komandamız düşündürür. Zədəli futbolçularımız komandaya qoşulduqdan sonra daha da güclü olacağıq. Xarakter baxımından güclüyük. Möhkəm komandamız var və daha artığını etmək gücündədir. Bir sözlə, futbolçularım iddialıdır".